30/12/2018
18:56
1740
| A A A
İspaniya kubokunun formatı dəyişdirilir

İspaniya kubokunun formatının dəyişdirilir.

Goal.az xəbər verir ki, futbol federasiyası yeni variantı mövsümün sonunda təqdim edəcək.

Qurumun prezidenti Luis Rubillas duellərdən bir matçdan ibarət olmasını, yarımfinal və finalın isə bir şəhərdə “Dördlər finalı” şəklində keçirilməsinin tərəfdarıdı. Buna əsasən mövsümün sonundakı həlledici üç matç eyni şəhərdə keçirilməlidi.

Lakin bu variantın çətinliyi klubları razı salmaqla bağlıdı. Komandalar 1/4 final oyununun daha zəif tərəfin meydanında keçirilməsinə razı olmalıdı. Üstəlik həlledici görüşlərin seçimi də asan olmayacaq.

Qeyd edək ki, La Liqanın prezidenti Xavyer Tebas bu məsələdə Rubillasla razılaşıb.