07/01/2019
13:00
1933
| A A A
İki hücumçu birlikdə Real-ı üstələyir

İspaniya çempionatının 18-ci turunda Barcelona səfərdə Getafe-ni məğlub edib-2:1.

Goal.az xəbər verir ki, qonaq komandanın heyətində Lionel Messi və Luis Suares fərqlənib. Argentinalı bu mövsüm İspaniya çempionatında qollarının sayını 16-ya, uruqvaylı isə 12-yə çatdırıb. İki hücumçu birlikdə 28 qol vurub. Bu, Barcelona-nın əsas rəqibi Real-ın ölkə çempionatında vurduğu qoldan (26 qol) çoxdur. Beləliklə, Messi-Suares cütlüyü “kral klubu”ndan üstün olub.

Qeyd edək ki, İspaniya çempionatında bombardirlər siyahısına Messi başçılıq edir. Suares ikincidir. Jirona-nın hücumçusu Kristian Stuani 11 qolla üçüncüdür.