09/01/2019
13:31
1372
| A A A
Solari hələlik göndərilməyəcək

La Liqada zəif çıxış etməsinə baxmayaraq Real baş məşqçi Santyaqo Solarini istefaya göndərməyəcək.

Goal.az xəbər verir ki, ikinci dövrədə tam uğursuzluq olarsa, istefa məsələsi gündəmə gələ bilər. Argentinalı ötən ilin noyabrından “Kral klubu”na rəhbərlik edir. Müqaviləsi 2021-də başa çatacaq. Onun rəhbərliyi altında madrililər Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Həmçinin klublararası dünya çempionatının qalibi olub. Hazırda Solarinin komandası turnir cədvəlində 5-ci yerdədir. Lider Barcelona-dan 10 xal geri qalır.