21/01/2019
10:39
7185
| A A A
Marselo əsas heyətdən kənarlaşdırıldı

Real Madrid-in baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.

Goal.az “Onda Cero”ya istinadən xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda Sevilla-nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.

Marselo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məshuldar ötürmə verib. Real Madrid hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Real-dan keçmiş komanda yoldaşı Kriştiano Ronaldo Marselonu yanında görmək istəyir. Futbolçuların isti münasibəti var. Portuqaliyalı dostunu Turinə köçməyə inandırıb. 30 yaşlı Marselo Juventus-a keçiddən imtina etmir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8798 səs