03/02/2019
17:23
1442
| A A A
Dembele Real Madrid-lə oyunu buraxa bilər

Barcelona-nın yarımmüdafiəçisi Usman Dembele İspaniya kubokunun yarımfinal mərhələsinin Real Madrid-lə ilk oyununu buraxa bilər.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, zədəsini sağaldan fransalı futbolçu indi də boğaz ağrsından əziyyət çəkir. Bu səbəbdən o, komandanın son məşqini buraxmalı olub. Həkimlərin fikrincə, Dembelenin sağalması üçün ən azı 3-4 gün lazımdır. Bu isə yarımmüdafiəçinin fevralın 6-da keçiriləcək "El-Klassiko"nu buraxma ehtimalını artırır.

Qeyd edək ki, Barcelona ilə Real Madrid arasında ilk oyun Nou-Kampda olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7379 səs