04/02/2019
11:50
2213
| A A A
Solari komandasını favorit sayır

Real-ın baş məşqçisi Santyaqo Solari İspaniya Kubokunun yarımfinalında Barcelona ilə oyundan gözləntilərini bolüşüb.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasının favorit olduğunu deyib. “Real hər zaman favoritdir. Bunu ciddi deyirəm. Enerjimizi yalnız qələbəyə sərf edirik. Heç vaxt eyforiayaya qapılmırıq. Turnir cədvəlində xal fərqini zaman-zaman azaldırıq. Etiraf edim ki, bütün gücümüzü indi bu istiqamətə yönəltmişik. Barcelona ilə yarımfinal görüşünün favoriti məhz “kral klubu”dur. Matçdan sonra buna inanacaqsınız”, - Solari deyib

Qeyd edək ki, digər yarımfinal matçında Betis Valenciya ilə qarşılaşacaq. İlk oyunlar fevralın 6-da, cavab oyunları isə 27-də olacaq. Final matçı Betis-in ev stadionu “Benito Vilyamarin” arenasında təşkil ediləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs