05/02/2019
10:41
879
| A A A
Valencia-da yeni müqavilə

Valencia futbolçusu Dani Parexonun müqaviləsinin müddətini uzadıb.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçiylə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Parexonun yeni müqaviləylə, transfer məbləği 50 milyon avro müəyyənləşdirilib.

2011-ci ildən Valencia-da forma geyinən ispan futbolçu, cari mövsümdə 30 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9564 səs