05/02/2019
18:31
4225
| A A A
Real ayrıseçkilikdən narazıdır

Real İspaniya La Liqasının fevral ayı üçün təqvimindən narazı qalıb.

Goal.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid  klubu hesab edir ki, cədvəl Barcelona-nın xeyrinə təşkil edilib. Çünki Kataloniya təmsilçisi İspaniya kubokunda yarımfinalın hər iki oyunu  öncəsi Real-la müqayisədə 1 gün çox istirahət edəcək.

Fevralın  6-sı kubokdakı ilk "El-Klassiko"dan əvvəl ölkə  çempionatında Barcelona fevralın 2-si Valencia ilə qarşılaşıb. "Kral klubu" isə 1 gün sonra Alaves-lə oynayıb. Analoji vəziyyət fevralın  27-i keçiriləcək kubokun cavab  görüşü öncəsi də olacaq. Barcelona həmin matçdan 4 gün əvvəl Sevilla-nın qonağı olacaq. Növbəti gün isə Real Levante ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs