06/02/2019
09:41
2805
| A A A
Lionel Messi özü qərar verəcək

Barcelona-nın hücumçusu 

Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində Real Madrid-lə oyunu buraxa bilər.

Goal.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, La Liqanın son turunda Valencia ilə matçda (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı futbolçu  “El-Klassiko”da oynayıb-oynamayacağına özü qərar verəcək. 31 yaşlı forvardın zədəsinin ciddi olmadığı, yalnız ağrılarının qaldığı bildirilib. O, bugünkü məşq zamanı komanda ilə birgə çalışıb.

Qeyd edək ki, bu gün Barcelona – Real Madrid oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs