07/02/2019
10:40
6900
| A A A
Əfsanəvi futbolçu Koutinyodan xahiş etdi

Barcelona-nın sabiq futboçusu Xristo Stoiçkov Filppe Koutinoya dəstəyini nümayiş etdirib.

Goal.az xəbər verir ki, Stoiçkov Koutinoya məktub yazıb. O, braziliyalıya bildirib ki, özü də Barcelona-ya təzə gələrkən bəzi problemlər yaşayıb:

"Əzizim Filippe! Belə çətin məqamda sənə dəstəyimi bildirmək üçün yazıram. Unutma ki, xeyli futbolçu sənin yerində olmağı arzulayır. Barcelona adi klub deyil. Mənim də bu klubdakı ilk aylarım ağır keçdi. Mən də sənin kimi əzab çəkirdim. Amma mən bilirəm ki, bütün bu problemlərin öhdəsindən gələ bilərsən.

Sən inkişaf etmək üçün hər cür keyfiyyətə sahibsən. Xahiş edirəm, getmək haqqında qətiyyən düşünmə. Ona görə ki, başqa belə bir klub yoxdur. Barcelona bir klubdan daha böyükdür”. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22178 səs