07/02/2019
12:14
2723
| A A A
Ernesto Valverde: “Hələ heç nə itirilməyib”

Barcelona-nın baş məşqçisi Ernesto Valverde İspaniya kubokunun ilk yarımfinal matçından danışıb.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi evdə Real-la bacarmayıb-1:1. Mütəxəssis deyib: “Matçın əvvələrində Real oyuna tam nəzarət etdi. Elə ilk dəqiqələrdə qol vurdu. Sonradan matça nəzarəti ələ aldıq. Hesabda tarazlıq yarandı. Hələ heç nə itirilməyib. Qarşıdurmanın taleyi həll olunmayıb. Cavab matçı həddən artıq çətin olacaq. Real asan rəqib deyil, həmçinin Barcelona. Favorit görmürəm. Messi ilə bağlı hər şey yaxşıdır. Sadəcə, risk etmədik. Düşündük ki, ikinci yarıda meydana çıxması daha yaxşı olar. Oyunun taleyini həll edə bilərdi. Top hər dəfə Messidə olanda təhlükəli vəziyyət yaradır. Cavab matçında sözünü deyəcək”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9565 səs