08/02/2019
10:35
2406
| A A A
La Liqa matçını Çində 40 milyon azarkeş izlədi

İspaniya La Liqasının 22-ci turunda keçirilən Villareal – Espanyol matçı (2:2) Çində böyük maraqla izlənilib.

Goal.az xəbər verir ki, 40 milyon azarkeş matçı televiziyadan seyr edib.

Buna səbəb isə Espanyol-un yeni transferi U Leydir. Futbolsevərlər ötən ay Çinin Shanghai klubundan transfer edilən hücumçunun debüt oyununa tamaşa edib. U Ley görüşün 78-ci dəqiqəsində meydana çıxıb və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu matçı İspaniyada televiziya vasitəsilə cəmi 177 min adam izləyib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs