09/02/2019
13:42
2354
| A A A
Barcelona-nın müdafiəçisi sağaldı

Barcelona-nın müdafiəçisi Samuel Umtiti zədəsini sağaldıb.

Goal.az-ın klubun rəsmi Twitter səhifəsinə istinadən yaydığı xəbərə görə, dizindəki problemlə bağlı 2 aydan çoxdur oynamayan fransalı futbolçu artıq məşqlərə başlayıb. Onun La Liqanın 23-cü turunun Athletic-lə səfər matçında meydana çıxması sual altında olsa da, qarşıdakı görüşlərdə yenidən start heyətdə yer alacağı gözlənilir.

Qeyd edək ki, Umtiti ötən il noyabrın 24-də Atletico ilə çempionat oyununda (1:1) zədələnmişdi.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1264 səs