03/03/2019
12:35
8480
| A A A
Mourinyo Real Madrid-ə qayıdır

Bu mövsüm La Liqada çempionluq mübarizəsində Barcelona-dan geri qalan, "Kral Kuboku"nda əzəli rəqibinə uduzan Real baş məşqçi dəyişikliyinə hazırlaşır.

Goal.az xəbər verir ki, "kral klubu" Joze Mourinyonu geri qaytarmağa hazırlaşır. Bu iddia ilə klubun sabiq prezidenti Roman Kalderon çıxış edib.

Real azarkeşləri ilə söhbət edən sabiq klub rəhbəri gələn mövsüm Mourinyonun komandanı çalışdıracağını bildirib: "Real-ın gələn mövsüm baş məşqçisi 90 faiz Mourinyo olacaq. Florentina Peresin ən çox hörmət etdiyi müxətəssis məhz odu".

Roman Kalderon bildirib ki, Mourinyo artıq Real rəhbərliyi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə Real-a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs