15/04/2019
10:37
3418
| A A A
Real-da 4 itki

İspaniya La Liqasının 32-ci turunda Leganes-lə qarşılaşacaq Real oyuna ciddi itkilərlə çıxacaq.

Goal.az klubun saytına istinadən xəbər verir ki, komandanın 4 aparıcı futbolçusu zədə səbəbindən bu görüşü buraxacaq.

Bunlar qapıçı Tibo Kurtua, müdafiəçi Serxio Ramos, yarımmüdafiəçi Toni Kross və hücumçu Junior Vinisusdur. Futbolçuların adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək Leganes - Real oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15459 səs