15/04/2019
17:30
2282
| A A A
Qrizmann bunu bacaran ilk futbolçu oldu

İspaniya La Liqasının 32-ci turunda keçirilən Atletico -  Celta oyunu (2:0) meydan sahiblərinin futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Goal.az  xəbər verir ki, matçın 74-cü dəqiqəsində fərqlənən Qrizmann, bu mövsüm Madrid klubunda  vurduğu qolların sayını 20-yə çatdırıb. Fransalı hücumçu ardıcıl 5 mövsümdür ki, Atletico-nun heyətində  20 və daha çox qol vurur. O, Madrid təmsilçisinin heyətində bunu bacaran ilk futbolçu olub. Qrizmann 2014/15 mövsümündə 24, 2015/16-da 31, 2016/17-də 26, 2017/18-də isə 26 qola imza atıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8918 səs