24/04/2019
12:33
5722
| A A A
Suares Barcelona tarixinin 3-cü bombardiridir

İspaniya La Liqasının XXXIV turunda Alaves-in qonağı olan Barcelona 2:0 hesablı qələbə qazanıb. Goal.az-ın məlumatına görə, dünənki oyun Kataloniya klubunun hücumçusu Luis Suares üçün əlamətdar olub. Qarşılaşmada son nöqtəni qoyan uruqvaylı forvard "Barca"nın La Liqa tarixində ən məhsuldar 3-cü oyunçusu olub. Qollarının sayını 131-ə çatdıran futbolçu Ladislav Kubalaya çatıb. Hazırda uruqvaylını yalnız Sezar Rodriges (190 qol) və komanda yoldaşı Lionel Messi (416) qabaqlayır. Luis Suares bütün turnirlərdə isə 176 qol vurub ki, bununla Barcelona-nın 5-ci bombardiridir. Bu baxımdan da zirvədə Messidir. Argentinalının aktivində 597 top var.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22436 səs