28/04/2019
09:50
1582
| A A A
La Liqanın çempionu bəlli oldu

Barcelona İspaniya çempionatının 35-ci turunda Levante-ni qəbul edib.

Goal xəbər verir ki, qarşılaşma "Kamp Nou" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol 62-ci dəqiqədə vurulub. İkinci hissədə meydana çıxan meydan sahiblərinin hücumçusu Lionel Messi topu rəqib qapısından keçirib.

Bununla da 83 xal toplayan Barcelona İspaniya çempionu olub. Bu, komandanın ölkə çempionatında 26-cı çempionluğudur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs