29/04/2019
11:20
2574
| A A A
Real-dan 10 il əvvəlki uğursuzluğun təkrarı

İspaniya La Liqasının XXXV turunda Rayo Vallecano-ya məğlub olan (0:1) Real uğursuz çıxışını davam etdirir.

Goal.az xəbər verir ki, bu, "kral klubu"nun cari mövsüm daxili birincilikdə 10-cu yenilgisi olub.

Zinəddin Zidanın çalışdırdığı komanda 2008-09 mövsümündən bəri ilk dəfə çempionatda 10 dəfə məğlub olub. Madridlilər cari mövsümdə ümumilikdə 16 dəfə meydanı başıaşağı tərk ediblər. Komanda 10 il əvvəlki mövsümdə də eyni göstəriciyə imza atmışdı. Bu, klub tarixinin 4-cü ən uğursuz nəticəsidir. Real 1984-85 mövsümündə 19 məğlubiyyətlə antirekord gerçəkləşdirib. Azarkeşlər 1995-96-da 18, 1998-99-da 17, 2001-02, 2008-09 və cari mövsümdə isə 16 yenilgiyə şahidlik edib. Komanda La Liqanın son 3 turunda da yenilərsə, antirekordu təkrarlayacaq.

Qeyd edək ki, Real dünən uduzmasına baxmayaraq, 3-cü yerin sahibi kimi, növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs