01/05/2019
16:21
1282
| A A A
4 oyunluq cəza ilə mövsümü erkən bitirdi

Sevilla-nın futbolçusu Ever Baneqa cəzalandırılıb.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 4 oyunluq cəza alıb. Baneqa, La Liqanın 35-ci turu çərçivəsində keçirilən Girona – Sevilla matçının 90+5-ci dəqiqəsində rəqib futbolçunun sinəsinə ayaqla zərbə endirdiyi üçün qırmızı vərəqə almışdı. 4 oyunluq cəza alan Baneqa, La Liqada sona 3 tur qalmış komandasına kömək edə bilməyəcək.

Girona – Sevilla matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

Sevilla 35 turdan sonra 55 xalla 5-ci sırada qərarlaşıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16583 səs