04/05/2019
11:30
1860
| A A A
Valverde əsas heyətə istirahət verəcək

Barcelona İspaniya La Liqasının 36-cı turunda Celta ilə qarşılaşacaq.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi səfər oyununa ikinci heyətlə çıxacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mayın 7-də Çempionlar Liqasının yarımfinalının cavab oyunu çərçivəsində (ilk oyun 3:0) Liverpool-la qarşılaşacaq Barcelona-da komandanın əsas üzvlərinə istirahət veriləcək.

Baş məşqçi Ernesto Valverde Celta ilə matçda İnyaki Penya, Mussa Baqe, Oriol Buskets, Aleks Kollado, Riki Puç, Karles Peres və Abel Ruis kimi gənc futbolçulara şans verəcək.

Qeyd edək ki, Celta – Barcelona matçı bu gün, saat 22:45-də start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27014 səs