05/05/2019
15:29
2167
| A A A
Barcelona-da ciddi itki

Barcelona-nın hücumçusu Osman Dembele zədələnib.

Goal.az xəbər verir ki, Dembele, La Liqanın 36-cı turunda, Celta ilə görüşün (0:2) 6-cı dəqiqəsində zədələnərək, yerini Aleks Kolladoya verib. Fransız futbolçunun son durumu tibbi müayinələrdən sonra bilinəcək.

“Barcelona-nın baş məşqçisi Ernesto Valverde, Dembelenin Çempionlar Liqasının yarımfinalının Liverpool-la cavab oynununda iştirak edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Liverpool – Barcelona görüşü mayın 7-də keçiriləcək. Komandalar arasındakı ilk oyun Barcelona-nın 3:0 hesablı qələbəsiylə bitib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs