08/05/2019
21:11
5178
| A A A
Barcelona baş məşqçi və futbolçu ilə yollarını ayıracaq

Barcelona mövsümün sonunda baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıracaq.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasından narazıdır.

Yeni müqavilənin imzalanmasına baxmayaraq, Direkturlar Şurası 55 yaşlı mütəxəssisin klubdakı taleyini müzakirə edəcək və böyük ehtimalla o, komandadan ayrılacaq. Rəhbərlik həmçinin ümidləri doğrultmayan Filippe Koutinyo ilə də əməkdaşlığa son verəcək.

Qeyd edək ki, Barcelona Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Liverpool-a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs