10/05/2019
10:48
4166
| A A A
La Liqadan rekord gəlir

İspaniya Peşəkar Futbol Liqası La Liqa klublarının 2017-18 mövsümünün maliyyə hesabatlarını açıqlayıb.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, hesabatda klubların rekord gəlir əldə etdikləri görünür.

La Liqa təmsilçiləri ümumilikdə mövsüm ərzində 4,5 milyard avroluq gəlir əldə ediblər. Bu isə əvvəlki mövsümlə müqayisədə 20,6%-lik artım deməkdir. Belə böyüməni təmin edən əsas məqam futbolçuların satışından qazancın ikiqat çoxalması (1,02 milyard avro), həmçinin kommersiya gəlirlərinin artmasıdır (838 milyon avro).

Eyni zamanda ümumi əməliyyat gəliri 945 milyon (20,7% artım), xalis mənfəət isə 189 milyon avro (6,7% artım) təşkil edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16586 səs