10/05/2019
16:00
4178
| A A A
Barcelona 10 futbolçu ilə yollarını ayırmağa hazırlaşır

Çempionlar Liqasının yarımfinal mərhələsində Liverpool-a məğlub olaraq mübarizəni dayandıran Barcelona heyətində təmizləmə işlərinə hazırlaşır.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda 10 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

İcarə əsasında Barca-da çıxış edən Ceyson Murilyo və Kevin-Prins Boatenq müqavilə ilə məxsus olduqları ValenciaSassuolo-ya qayıdacaq. Sözləşmə müddəti bitən Tomas Vermalenlə yeni müqavilə imzalanmayacaq. Yasper Silessen təxminən 30 milyon avroya transferə çıxarılacaq. Həmçinin Koutinyonun da 100 milyon avroya satılması gözlənilir.

Bundan başqa, Samuel Umtiti başqa komandaya keçə bilər. Bu, Ajax-ın kapitanı Matteys de Liqtin alınıb-alınmamasından asılıdı. İspaniya nəhəngi eyni zamanda Malkomu da minimum 35 milyon avroya sata bilər. İvan Rakitiçin yayda İnter-ə transfer olunması yüksək ehtimaldır.

Kataloniyalılar Rafinya Alkantara və Denis Suaresi isə gələn mövsümün heyətində düşünmürlər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs