13/05/2019
10:32
5971
| A A A
Rakitic qərarını verdi

Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiç transfer xəbərlərinə münasibət bildirib.

Goal.az-ın məlumatına görə, Xorvatiya millisinin üzvü Kataloniya klubundan ayrılmaq fikrində deyil.

O, İnstagram hesabı vasitəsi ilə yayılan söz-söhbətləri təkzib edib: "Mümkündürsə, bu dedi-qodulara son qoyun. Belədə minnətdar olaram. Barcelona-nın oyunlarına və qələbələrinə köklənirəm. Hələ uzun illər bu klubda qalmağı düşünürəm".

Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusunun mövsümün sonunda 50-60 milyon avro qarşılığında İnter-ə keçəcəyi iddia edilir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs