24/05/2019
15:48
6936
| A A A
Ramos Real-dan ayrılmaq istəyir

Real-ın kapitanı Serxio Ramos komandasını dəyişə bilər.

Goal.az-ın "Marca"ya istinadən məlumatına görə, mərkəz müdafiəçisi özü bu barədə düşünməyə başlayıb.

Geridə qalan mövsüm komanda daxilində baş verənlər 33 yaşlı oyunçunu bu fikrə vadar edib. PSG və Manchester United İspaniya millisinin üzvünün xidmətində maraqlıdır. Düzdür, klub rəhbərliyi onun getməyini istəmir. Yaxın günlərdə tərəflər arasında baş tutacaq görüş zamanı yekun qərar veriləcək.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən Real-ın formasını geyinir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs