01/06/2019
17:31
3412
| A A A
Xabi Alonso baş məşqçi təyin olundu

Real-ın U-13 komandasını çalışdıran Xabi Alonsonun yeni iş yeri məlum olub.

Goal.az xəbər verir ki, ispan mütəxəssis Real Sociedad klubunun ikinici komandasına baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alonso ilə 2 illik müqavilə imzalanıb.

Xabi, 1999-2004-cü illər aralığında Real Sociedad-da forma geyinib. Daha sonra Liverpool və Real-da çıxış edən Alonso, 2017-ci ildə Bayern-də futbolçu karyerasını bitirib.

37 yaşlı mütəxəssis 2018-ci ilin avqustunda Real-ın U-13 komandasına baş məşqçi təyin olunmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17041 səs