04/06/2019
12:30
10096
| A A A
La Liqada çıxış edən 7 futbolçu oyun satmaqda günahlandırılır

İspaniya polisi La Liqanın sonuncu turunun Valladolid - Valencia oyunu ilə bağlı araşdırma aparır.

Goal.az "El Mundo"ya istinadən xəbər verir ki, meydan sahiblərinin 7 futbolçusunun oyunu verməkdə şübhəli bilinir.

Futbolçuların Valladolid-in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri və 10 min avro məbləğində mərc etdikləri bildirilib. Əvəzində onlar 2 dəfə çox qazanıblar.

Qeyd edək ki, Valencia-nın 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra "yarasalar" Çempionlar Liqasına vəsiqə qazanıb. Meydan sahibləri isə 41 xalla La Liqada qalmağı bacarıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5217 səs