20/06/2019
13:44
6721
| A A A
Barcelona Dembeleni satmağa qərar verdi

Barcelona futbolçusu Usman Dembeleni satmağa qərar verib.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi fransalı oyunçunun özü və agentinə bu barədə bildirib. Kataloniya təmsilçisinin 2017-ci ildə 120 milyon avroya Dortmund Borussia-sından aldığı oyunçu ümidləri  doğrultmadığı üçün bu addım atılıb. Xəbərdə 22 yaşlı hücumçunun İngiltərə Premyer Liqa klublarından birinə keçə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Barsa" ilə 2022-ci ilin iyununa kimi müqaviləsi olan Dembele ötən mövsüm 42 matçda 14 qol vurub, 9 qolun ötürməsini verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21580 səs