04/07/2019
22:10
2893
| A A A
La Liqanın növbəti mövsüm üçün təqvimi müəyyənləşdi

İspaniya La Liqasında 2019/20 mövsümünün ilk turunun təqvimi məlum olub.

Goal.az xəbər verir ki, yerli çempionatda yeni mövsümə avqustun 18-də start veriləcək.

Son çempion Barcelona ilk turda Athletic Bilbao səfərinə yollanacaq. Real Madrid Celta Vigo, Atletico Madrid isə Getafe ilə qarşılaşacaq.

Barcelona və Real Madrid arasındakı matçların da vaxtı müəyyənləşib. İlk “el klasiko” oktyabrın 27-i “Kamp Nou”da , ikincisi isə martın 1-i “Santyaqo Bernabeu”da oynanılacaq.

İspaniya La Liqası, 1-ci tur

Celta Vigo – Real Madrid

Mallorca – Eibar

Atletico Madrid – Getafe

Espanyol – Sevilla

Alaves – Levante

Valencia – Real Sociedad

Real Betis – Valladolid

Leganes – Osasuna

Athletic Bilbao – Barcelona

Vilyarreal – Qranada

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34132 səs