24/07/2019
16:54
2609
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Marko Asensio zədələnib.

Beynəlxalq Çempionlar kubokunda keçirilən Real Madrid – Arsenal matçının 65-ci dəqiqəsində zədələnən Asensio, təcili tibbi yardımla xəstəxanaya aparılıb. 23 yaşlı yarımmüdafiəçinin son durumu tibbi müayinədən sonra açıqlanacaq. İspaniya mətbuatı Asensionun 8-9 ay yaşıl meydanlardan uzaq qalacağını iddia edir.

Real Madrid – Arsenal matçının əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasından sonra qazanan tərəf isə Madrid təmsilçisi olub – 3:2.

money.az currency