27/07/2019
12:20
4105
| A A A
Barcelona-dan Messiyə müddətsiz müqavilə

Barcelona Lionel Messiyə karyerasının sonuna qədər müqavilə təklif edib.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçu ilə 2021-ci ilin yayına qədər olan sözləşmənin müddətini yeniləmək istəyirlər. Argentinalı forvard da dəfələrlər karyerasını Barcelona-da başa vurmaq istədiyini söyləyib.

Qeyd edək ki, Barcelona-nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28686 səs