27/07/2019
14:59
3569
| A A A
Real Madrid-də daha bir zədə

Real Madrid  növbəti ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Luka Yoviç zədələnib. Beynəlxalq Çempionlar kubokunun Atletico ilə matçının 24-cü dəqiqəsində zədələn Yoviç, Kərim Benzema ilə əvəzlənib. Serbiyalı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Oyun Atletico-nun 7:3 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Real-da bir müddət əvvəl Ferlan Mendi və Marko Asensio da zədələnmişdi.

money.az currency