22/08/2019
21:10
3262
| A A A
Barcelona Dembeleni 2 hərəkətinə görə böyük məbləğdə cərimələdi

Barcelona hücumçusu Usman Dembeleni cərimələməyə hazırlaşır.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb fransalı futbolçunun intizamsız davranışıdır.

O, La Liqanın ilk turunda Athletic-lə görüşdən sonra Bilbao hava limanında divanda yatıb. Bundan başqa, Dembele zədəsini klubun tibbi personalından gizlədib. Məhz bu səbəbdən o, daha uzun müddətə meydana çıxa bilməyəcək.

Bunları nəzərə alan klub rəhbərliyinin oyunçunu 980 min avro məbləğində cərimələyəcəyi gözlənilir.

Dembele zədəsinə görə 4-5 həftə komandasına kömək edə bilməyəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33453 səs