15/09/2019
16:35
1475
| A A A
Dieqo Simeonenin oğlu Atletico Madrid-ə keçdi

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone kiçik oğlu Culiano Simeoneni çalışdığı kluba gətirib.

Goal.az xəbər verir ki, Culiano Madrid klubuna Argentina River Plate klubunun akademiyasından gəlib. Oğul Simeone bunadək Buenos-Ayresdə anası ilə qalıb. River Plate 16 yaşlı oyunçunun keçidi qarşılığında Atletico-dan 250 min avro alacaq. O, Atletico-nun akademiyasında yer alacaq.

Qeyd edək ki, Dieqo Simeonenin Culianodan başqa iki oğlu da var. Böyük oğul Covanni Simeone icarə əsasında Cagliari-də forma geyinir. Ortancıl oğul Canluka isə avqustda İspaniya Sequnda B-sində çıxış edən İbiza ilə müqavilə bağlayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs