20/09/2019
19:48
9275
| A A A
Real-da Zidanı əvəzləməyə 3 namizəd

İspaniyanın Real Madrid klubunun baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər.

Goal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi 47 yaşlı mütəxəssisin yerinə 3 namizədi nəzərdən keçirir.

Bunlar italiyalı Massimiliano Alleqri, portuqaliyalı Joze Mourinyo və komandanın sabiq kapitanı ispaniyalı Raul Qonsalesdir.

Qeyd edək ki, Zinəddin Zidanın Fransada PSG-yə uduzduqları (0:3) Çempionlar Liqasının qrup mərhələsinin I tur matçına görə komandadan göndəriləcəyi bildirilir. Alleqri son olaraq İtaliyanın Juventus komandasının, Mourinyo isə İngiltərə Manchester United-inin baş məşqçisi olub. Raul Qonsales isə hazırda Real Madrid-in əvəzedici komandasında rəhbərlik edir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5231 səs