29/09/2019
13:11
1298
| A A A
Kasorlanın karyerasında ilk

Villarreal İspaniya La Liqasının 7-ci turunda Betis-i məğlub edib.

Goal.az xəbər verir ki, 5:1 hesabıyla bitən görüş Villarreal-ın futbolçusu Santi Kasorla üçün əlamətdar olub.

Belə ki, 34 yaşlı ispan yarımmüdafiəçi bu oyunda da fərqlənərək, La Liqada ardıcıl 3 matçdır ki, qol vurur. Bu, Kasorlanın futbolçu karyerasında bir ilkdir. Buna qədər o, heç vaxt ardıcıl 3 oyunda fərqlənə bilməmişdi.

Kasorla bu mövsüm La Liqada iştirak etdiyi 7 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7181 səs