30/09/2019
16:07
2032
| A A A
Ramosu 4 oyunluq cəza gözləyir

Real-ın futbolçusu Serxio Ramos cəzalandırıla bilər.

Goal.az İspaniyanın “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, La Liqanın 7-ci turunun Atletico ilə oyununda (0:0) hakimi təhqir edən Ramosu cəza gözləyir.

Atletico – Real matçında Ramosun yan xətt hakimini təhqir etdiyi və bu səbəbdən, ən azı 4 oyunluq cəzalanacağı bildirilib.

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “kral klubu”nun kapitanını cəzalandıracağı halda, o, Real-ın 10-cu turda Barcelona ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.

Barcelona – Real matçı oktyabrın 26-da keçiriləcək.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7177 səs