05/10/2019
13:00
7304
| A A A
Qrizmann Messiyə görə Barcelona-dan gedə bilər

Barcelona futbolçusu Antuan Qrizmannla vidalaşa bilər.

Goal.az xəbər verir ki, buna səbəb fransalı hücumçunun komandanın kapitanı Lionel Messi ilə münasibətlərinin yaxşı olmamasıdır. Argentinalı oyunçu Barcelona-nın yay fasiləsində Neymarı Fransa PSG-dən geri qaytarmaq yerinə Atletico-dan Qrizmannı almasından narazıdır.

Bildirilir ki, Messi ilə 28 yaşlı forvardın münasibətləri qaydasına düşməsə, Barcelona qış fasiləsində Neymarı transfer etmək üçün Qrizmannı qarşı tərəfə təklif edə bilər.

Qeyd edək ki, Qrizmann cari mövsümdə Barcelona-nın heyətində iştirak etdiyi 9 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. (Report)

money.az currency