05/10/2019
13:54
10077
| A A A
Barcelona Valverdenin əvəzləyicisini tapdı

Barcelona baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, qısa zaman içərisində vəziyyət düzəlməsə, Kataloniya klubu Valverdeni vəzifəsindən göndərəcək. Artıq klubun baş məşqçiliyə əsas namizədi də bəllidir. Klub rəhbərliyi Valverde ilə yollarını ayıracağı halda, River Plate-in baş məşqçisi Marselo Qallardonu “sükan arxasına” gətirməyi planlaşdırır. Katalonlar Qallardo ilə əlaqə saxlasa da, 43 yaşlı mütəxəssis River Plate Libertadores kubokunda iştirak etdiyi zaman klubdan ayrılmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, argentinalı mütəxəssisin River Plate-lə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36853 səs