07/10/2019
12:30
9134
| A A A
Barcelona-da "El Klasiko" qabağı ciddi itki

La Liqanın VIII turunda Sevilla-nı böyük hesabla məğlub edən (4:0) Barcelona ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki,  müdafiəçi Ronald Arauxo və hücumçu Usman Dembele qırmızı vərəqə alıb.

Xüsusən də, ikincinin cəzası ağır ola bilər. Baş hakimə "sən çox pissən" deyən və ona əl hərəkətləri ilə jest edən Dembeleyə 2 oyunluq cəza verilməsi gözlənilir. Belə olarsa gənc futbolçu Real Madrid-ə qarşı "El Klasiko" matçını buraxacaq.

Qeyd edək ki, Barcelona - Real Madrid matçı oktyabrın 26-da keçiriləcək.

money.az currency