07/10/2019
21:37
3513
| A A A
Valdes Barcelona-dan qovuldu

Barcelona sabiq futbolçusu Viktor Valdesi U-19 komandasının baş məşqçisi postundan uzaqlaşdırıb.

Goal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis bir sıra səbəblərə görə işini itirib.

Bildirilir ki, veteran qapıçı gənclərin inkişafı üzrə direktor Patrik Klüvertlə dil tapa bilməyib. O, 4-4-2 sxeminə üstünlük verərək Kataloniya təmsilçisinin bütün komandalarında tətbiq edilən 4-3-3 düzülüşünə keçməkdən imtina edib.

Həmçinin komandanın “Otten Cup” turnirində mübarizəni dayandırması və UEFA Gənclər Liqasında keçirdiyi hər iki oyunda uduzması da onun qovulmasında rol oynayıb.

Qeyd edək ki, Barcelona-nın yetirməsi olan Viktor Valdes 2000 - 2014-cü illərdə bu klubun heyətində 21 titul qazanıb.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7184 səs