Real Benzema ilə yeni müqavilə imzaladı
İspaniyanın Real Madrid klubu futbolçusu Kərim Benzema ilə müqavilənin müddətini uzadıb.
Goal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun yeni sözləşməsi 2021/2022 mövsümünün sonuna kimi nəzərdə tutulub. Anlaşmaya əsasən, fransalı oyunçu mövsüm ərzində 11 milyon avro qazanacaq.
Qeyd edək ki, Kərim Benzemanın Madrid klubu ilə əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədə idi. O, 2009-cu ildən "kral klubu"nun formasını geyinir.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ