28/10/2019
13:50
1666
| A A A
La Liqada yeni lider

Futbol üzrə İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Goal.az xəbər verir ki, sonuncu oyun gününə 5 qarşılaşma keçirilib.

Celta evdə Real Sociedad-a, Levante Espanyol-a məğlub olub. Granada Betis-i, Osasuna da Valencia-nı məğlub yola salıb.

Qarabağ-ın Avropa Liqasındakı rəqiblərindən olan Sevilla isə Getafe-ni sınağa çəkib və inamlı qələbəyə sevinib.

Bu tur keçirilməli olan Barcelona – Real oyunu Kataloniyadakı iğtişaşlar səbəbindən təxirə salınıb. Görüşün dekabrın 18-də keçiriləcəyi gözlənilir. Məhz bu üzdən baş tutan oyunlar nəticəsində Granada hazırda La Liqanın vahid liderinə çevrilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs