10/11/2019
10:49
14941
| A A A
Messi Ronaldonun rekordunu təkrarladı

Barcelona-nın kapitanı Lionel Messi Real Madrid-in keçmiş hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, İspaniya çempionatının 13-cü turunun Celta ilə matçında argentinalı futbolçu yarış cədvəlində özünün 34-cü het-trikini rəsmiləşdirib. O, əvvəlcə penaltini dəqiq yerinə yetirib, sonra isə "keltlər"in qapısına cərimə zərbələrindən iki dəfə qol vurub.

Bu matça qədər La Liqada rekord həddə het-triklər Kriştiano Ronaldoya aid olub. O, 2018-ci ilə qədər Real-ın heyətində çıxış edib. Lakin portuqaliyalı Messi ilə müqayisədə az oyun keçirib. Belə ki, Kriştiano Ronaldo 288 matçda iştirak edib. Argentinalı hücumçu isə kataloniyalıların heyətində 459 dəfə meydana çıxıb.

Argentina millisinin futbolçusu klub karyerasında qol sayına görə də Kriştianu Ronaldunu keçib. 32 yaşlı hücumçu buna kapitanı olduğu Barcelona-nın La Liqanın XI turunda evdə Valladolid-i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs