27/11/2019
12:45
4207
| A A A
Real Madrid-də Hazard şoku

Real Madrid-in aparıcı futbolçusu Eden Hazard zədələnib.

Goal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSG ilə oyunda (2:2) sıradan çıxıb.

Görüşün 69-cu dəqiqəsində zədələnərək əvəzlənən futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər. Komandanın baş məşqçisi Zinəddin Zidan da oyundan sonra keçirilən mətbuat konfransında Hazardın zədəsinin ciddi olduğunu deyib. Topuğundan zədə alan futbolçunun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra tam aydınlıq gələcək.

Xatırladaq ki, Real-ın bu yay Chelsea-dən 100 milyon avroya transfer etdiyi Hazard bundan əvvəl də 1 aylıq sıradan çıxmışdı.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1027 səs