02/12/2019
20:57
1720
| A A A
21-ci əsrin ən uğurlu dueti

Atletico ilə oyun Barcelona-nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, argentinalı superulduz ilk dəfə “Vanda Metropolitano”da qol sevinci yaşayıb.

Həmçinin onun yeganə qolu sayəsində Barcelona da ilk dəfə bu arenada qələbə qazanıb. Son dəqiqələrdəki qələbə topunun assistini edən Luis Suares bununla 28-ci dəfə Messinin fərqlənməsinə şərait yaradıb. Eyni sayda da Leo uruqvaylının qol vurması üçün kömək edib. Tandem 56 qolu birlikdə təşkil edib ki, bu, 21-ci əsrdə La Liqanın ən uğurlu dueti sayılır.

Qeyd edək ki, 14 oyunda 31 xal toplayan Barcelona əzəli rəqibi Real-la liderliyi bölüşür.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs