05/12/2019
18:40
3550
| A A A
Hazard "El Klassiko"nu buraxacaq

Real Madrid-in zədəli futbolçusu Eden Hazardın durumuna aydınlıq gəlib.

Goal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin ayağında mikro-qırıq olduğu müəyyənləşib.

Onun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, Barcelona ilə "El Klassiko"nu buraxacaq.

Qeyd edək ki, Barcelona - Real Madrid matçı dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.