30/12/2019
19:45
6235
| A A A
Real Madrid Benzema ilə bağlı qərarını verdi

Real Madrid hücumçusu Kərim Benzemanı daha bir neçə il komandada saxlamaq niyyətindədir.

Goal.az xəbər verir ki, "kral klubu" fransalı forvardla yeni sözləşmə imzalamaq fikrindədi.

Bununla bağlı tərəflər arasında danışıqlara start verilib. Madridlilər 2021-ci ilin yayına qədər kluba məxsus olan 32 yaşlı oyunçunun sözləşmə müddətini daha 1 və ya 2 il uzatmağı planlaşdırır.

Qeyd edək ki, Kərim Benzema PSG-nin transfer gündəmindədir.